Qərb və Avropa liderləri Ukraynanın Rusiya ərazilərini işğal etməsini dəstəkləyir
Tarix: 14-08-2024 15:48 | Bölmə: Siyasət
Qərb və Avropa liderləri Ukraynanın Rusiya ərazilərini işğal etməsini dəstəkləyir

Qərb və Avropa liderləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində apardığı əməliyyatı tam dəstəkləyir və bunu Ukraynanın özünümüdafiə hüququ hesab edirlər.

Reyting.az
-ın xəbərinə görə, Finlandiyanın baş naziri Petteri Orpo deyib ki, Ukraynanın əks-hücumuna qeyd-şərtsiz dəstək verir.

“Ukraynanın özünümüdafiə hüququ var və aydındır ki, onlar Kursk vilayətində əməliyyat keçirə bilərlər”, - Orpo əlavə edib.

Öz növbəsində, Estoniyanın baş naziri Kristen Mixal da Ukrayna Silahlı Qüvvələrinin hərəkətini müsbət qiymətləndirib.

“Biz Ukraynanı müxtəlif əməliyyatlarında tam dəstəkləyirik və şəxsən mən onlara uğurlar arzulayıram”, - o vurğulayıb.

Həmçinin Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün “X” (Twitter) səhifəsində qeyd edib ki, beynəlxalq hüquq Ukraynaya hətta təcavüzkarın ərazisində belə özünü müdafiə etməyə imkan verir.

“Rusiyanın 2014-cü ildən bəri Ukraynaya qarşı təcavüzü milyonlarla günahsız insanın həyatını məhv edib. Əgər biz onun illüziyası deyil, ədalətli dünya istəyiriksə, həll yolu bütün orduların beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıtmasıdır”, - o yazıb.

Polşanın baş naziri Donald Tusk Ukrayna qoşunlarının Kursk vilayətində əməliyyatını şərh edərkən, Ukraynanın hərəkətlərinin müdafiə xarakteri daşıdığını vurğulayıb.

Avropa Komissiyasının nümayəndəsi Borrell isə yazıb ki, Avropa İttifaqı Ukrayna xalqının rus işğalçılarına qarşı mübarizəsini tam dəstəkləyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər