Medvedev: Kiyevlə danışıqlar aparılmayacaq
Tarix: 21-08-2024 10:42 | Bölmə: Siyasət
Medvedev: Kiyevlə danışıqlar aparılmayacaq

Kiyevin Kursk bölgəsinə hücumundan sonra Rusiya tərəfi düşmən tam məğlubiyyətə uğrayana qədər Ukrayna ilə danışıqlar aparmayacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib.

Sədr müavini Telegram kanalında yazıb ki, neonasistlər Kursk bölgəsində terror aktı törətdikdən sonra düşmən tamamilə məğlub olana qədər onlarla heç bir danışıq olmayacaq.

Medvedev danışıqlar prosesinə də toxunub. Onun fikrincə, nəzəri cəhətdən də olsa, son vaxtlar bir təhlükə var idi - Rusiyanın müəyyən şəraitdə düşə biləcəyi danışıqlar tələsi. “Beynəlxalq təşkilatlar tərəfindən təklif olunan erkən lazımsız sülh danışıqlarını nəzərdə tutduğunu” qeyd edən sədr müavini belə danışıqların perspektivlərini və nəticələrini qeyri-müəyyən adlandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər