17:02 / 08-01-2025
Süni həyat yaradırlar
14:30 / 08-01-2025
Zaqatalada körpə ölüb
Zaxarova: "Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır"
Tarix: 21-08-2024 17:46 | Bölmə: Siyasət
Zaxarova: "Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır"

"Rusiya Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasında maraqlıdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Federasiyası üçtərəfli razılaşmaların bütün məsələləri ilə bağlı tərəflərə kömək etməyə hər zaman hazırdır.

“Xatırlatmaq istərdim ki, bu sazişlər paketinə sülh sazişindən əlavə, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması, vətəndaş cəmiyyəti vasitəsilə əlaqələrin inkişafı məsələləri də daxildir. Təbii ki, Qazaxıstan kimi qonşularımızın bu istiqamətdə səylərini də alqışlayırıq”, - o bildirib(Report).




Bölməyə aid digər xəbərlər