17:02 / 08-01-2025
Süni həyat yaradırlar
14:30 / 08-01-2025
Zaqatalada körpə ölüb
400-ə yaxın fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib
Tarix: 23-08-2024 20:06 | Bölmə: Siyasət
400-ə yaxın fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib
ABŞ Rusiya və digər ölkələrdən olan 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Reyting.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi və Dövlət Departamenti “Rusiyadan və xaricdən, o cümlədən Asiya, Avropa və Yaxın Şərqdən olan 400-ə yaxın şəxs və şirkətə qarşı sanksiya tətbiq edir”.

Sənəddə qeyd edildiyi kimi, məhdudiyyətlər Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı istifadə etdiyi “mal və xidmətlər”in təqdim edilməsi, habelə “sanksiyalardan yayınması” ilə əlaqədar tətbiq edilir.

Siyahıya 34 rusiyalı, o cümlədən Rusiya müdafiə nazirinin oğlu Pavel Belousov və “Tərəqqi” RCC-nin baş direktoru Dmitri Baranov da daxil edilib. Bundan əlavə, Belarus, İtaliya, Türkiyə, Avstriya, Lixtenşteyn, İsveçrə və Çinin bəzi vətəndaşlarına qarşı da məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar 46 Çin şirkətinə də təsir göstərib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər