13:04 / 16-09-2024
Sabah yağış yağacaq
MSK üç dairə üzrə pozuntularla bağlı qərar qəbul edib
Tarix: 04-09-2024 16:23 | Bölmə: Siyasət
MSK üç dairə üzrə pozuntularla bağlı qərar qəbul edib

86 saylı Ağcabədi Seçki Dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.

Reyting.az 
xəbər verir ki, bunu qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O qeyd edib ki, 86 saylı Ağcabədi Seçki Dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.

MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:

"Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".

Bundan başqa, iclasda MSK 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci seçki dairələrindən daxil olmuş müraciətlərə də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul edilib.(Report).




Bölməyə aid digər xəbərlər