13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ermənistan XİN: "Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyinin qoruyacağı istisna deyil"
Tarix: 04-09-2024 17:31 | Bölmə: Siyasət
Ermənistan XİN: "Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyinin qoruyacağı istisna deyil"

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir.

“Armenpress” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib.

Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb(Report).




Bölməyə aid digər xəbərlər