Putin BMT Baş Assambleyasında iştirak etməyəcək
Tarix: 10-09-2024 08:04 | Bölmə: Siyasət
Putin BMT Baş Assambleyasında iştirak etməyəcək

Rusiya lideri Vladimir Putin BMT Baş Assambleyasında iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.

O, Putinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasına getməməsinin səbəbini açıqlayıb:

“Bu gün ABŞ Rusiyanın dövlət başçısının səyahəti üçün ən yaxşı yer deyil. İndi Birləşmiş Ştatlar, yeri gəlmişkən, BMT-nin baş qərargahı olan ölkə kimi öhdəliklərini yerinə yetirməyən ölkədir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər