Novella Cəfəroğlu Müsavatdan istefa verib
Tarix: 11-09-2024 15:45 | Bölmə: Siyasət
Novella Cəfəroğlu Müsavatdan istefa verib

Son aylar açıq şəkildə iqtidarı müdafiə edən Müsavat Ali Məclisinin üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu partiyadan istefa verib.

Reyting.az
bildirir ki, N. Cəfəroğlu bu barədə bəyanat yayıb: 

"Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm...".

Xatırladaq ki, N. Cəfəroğlu son parlament seçkisinin şəffaf keçirilməsi haqda bəyanat yayıb. Bu isə Müsavatda etiraza səbəb olub.




Bölməyə aid digər xəbərlər