Britaniya Ukraynaya Rusiya ərazisinə “Storm Shadov” raketləri atmağa icazə verib - Foto
Tarix: 12-09-2024 09:40 | Bölmə: Siyasət
Britaniya Ukraynaya Rusiya ərazisinə “Storm Shadov” raketləri atmağa icazə verib

Böyük Britaniya Ukraynaya Rusiyadakı hədəflərə qarşı “Storm Shadov” qanadlı raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib.

Reyting.az
“Guardian” nəşrinə istinadla bildirir ki, Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməyə icazə verilib.

Lakin britaniyalılar Kiyevdə uzaqmənzilli raketlərlə bağlı ictimai bəyanatı təxribat adlandırır və hələlik heç bir açıqlama vermirlər.



“Guardian” yazır ki, ABŞ dövlət katibi Blinken də Vaşinqtonun ATACMS raketləri ilə bağlı oxşar qərar verdiyinə “eyham vurub”. Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar ilk gündən Ukraynadakı siyasətini döyüş meydanındakı vəziyyətə uyğunlaşdırmağa hazır olub.

İddiaya görə, Qərbin uzaqmənzilli silahlarla zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması da Böyük Britaniya və ABŞ XİN rəhbərləri Devid Lemmi və Entoni Blinkenin Kiyevə birgə səfərinin əsas mövzularından biri olub.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer bu həftə Ukrayna üçün uzunmüddətli imkanları müzakirə edəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər