Novella Cəfəroğlu partiya qurmaq istəyir: "Tanınmış jurnalistlər deyir ki..."
Tarix: 12-09-2024 18:00 | Bölmə: Siyasət
Novella Cəfəroğlu partiya qurmaq istəyir: "Tanınmış jurnalistlər deyir ki..."

Ötən gün Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu partiya qurmağı düşünür.

Reyting.az
xəbər verir ki, bu barədə o, Modern.az-a müsahibəsində bildirib.

Novella Cəfəroğlu siyasətdən getmədiyini deyib: "Siyasətdən getmirəm. Şüurum, biliyim çoxlarından yaxşıdır. Həm dünyada, həm Azərbaycanda siyasi durumu analiz edə bilirəm. Dostlarım var ki, mənə bir partiyada birləşməyi təklif edir. Onlar deyirlər ki, yığışaq və partiya necə olmalıdır sübut edək. Amerikadan Avropaya qədər çox sayda ziyalı zəng edib partiyada təmsil olunmaq istəyirlər. Tanınmış jurnalistlər də partiyaya üzv olmaq istəyir. Niyə də bir qadın partiya sədri olmasın?".




Bölməyə aid digər xəbərlər