Məzahir Pənahov: "Şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır, ancaq..."
Tarix: 13-09-2024 16:29 | Bölmə: Siyasət
Məzahir Pənahov: "Şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır, ancaq..."

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.

Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır: "Amma araşdırma zamanı onu iştiraka dəvət edəndə bizə heç bir irad bildirmədi".




Bölməyə aid digər xəbərlər