Paşinyan: Sülh Türkiyə və digər region ölkələri üçün də vacibdir
Tarix: 17-09-2024 08:40 | Bölmə: Siyasət
Paşinyan: Sülh Türkiyə və digər region ölkələri üçün də vacibdir

“Cənubi Qafqazda sülhün təmin olunması təkcə Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə və regionun digər ölkələri üçün də vacibdir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“Mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazda münaqişələr səhifəsini bağlamaq və regionumuzda davamlı sülh yaratmaq üçün tarixi imkanımız var. Onu da qeyd edirəm ki, bu sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan və Türkiyə olacaq. İran da bu prosesdə bərabər şəkildə iştirak edəcək”,-Paşinyan qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər