Hakan Fidan: "Türkiyə və Aİ Qafqazda koordinasiyalı davranmalıdır"
Tarix: 20-09-2024 17:15 | Bölmə: Siyasət
Hakan Fidan: "Türkiyə və Aİ Qafqazda koordinasiyalı davranmalıdır"

"Türkiyə və Avropa İttifaqı (Aİ) Qafqazda koordinasiyalı davranmalıdır".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.

O bildirib ki, Türkiyə və Aİ-nin bir çox regionlarda, o cümlədən Qafqazda təsir imkanları var: “Biz mövqelərimizi yaxınlaşdırmağa çalışmalıyıq”.

H.Fidan söyləyib ki, Türkiyə xarici siyasətinin əsas özəlliklərindən biri də qarşı tərəfin maraqlarının nəzərə alınmasıdır: “Biz bir çoxundan fərqli olaraq öz maraqlarımızı diktə etmirik”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər