VHP-dən vitse-spiker postuna yeni namizəd müəyyən olunub
Tarix: 23-09-2024 10:00 | Bölmə: Siyasət
VHP-dən vitse-spiker postuna yeni namizəd müəyyən olunub

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Məlumata görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib(APA).

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib




Bölməyə aid digər xəbərlər