Baş nazir şöbə müdirini vəzifədən azad edib
Tarix: 23-09-2024 15:08 | Bölmə: Siyasət
Baş nazir şöbə müdirini vəzifədən azad edib

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azər Əmiraslanov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.




Bölməyə aid digər xəbərlər