Dünyanın gözü Nyu-Yorkda: Ərdoğan, Netanyahu və Mahmud Abbas çıxış edəcək
Tarix: 24-09-2024 09:19 | Bölmə: Siyasət
Dünyanın gözü Nyu-Yorkda: Ərdoğan, Netanyahu və Mahmud Abbas çıxış edəcək

Dünyanın ən böyük diplomatik tədbirlərindən biri hesab edilən və üzv ölkələrin liderlərini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası bu gün Nyu-Yorkda işə başlayır.

Reyting.az
xəbər verir ki, ilk olaraq Baş Assambleyada Braziliya nümayəndəsi çıxış edəcək. Bu ənənə 1955-ci ildən bəri davam etdirilir. Braziliyadan sonra sözü ev sahibi ABŞ tutur.

Türkiyəni BMT Baş Assambleyasında təmsil edən prezident Rəcəb Tayyib Ərdoğan ilk gün 3-cü cərgədə çıxış edəcək.

Liderlərin gündəmində Qəzza, Ukrayna, Sudan və Haiti kimi müxtəlif böhranların olacağı gözlənilir.

Sentyabrın 26-da səhər saatlarında Fələstin lideri Mahmud Abbas, günorta isə İsrailin baş naziri Benyamin Netanyahu çıxış edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər