Yaşar Gülər V “ADEX-2024” sərgisi ilə tanış olub
Tarix: 24-09-2024 15:09 | Bölmə: Siyasət
Yaşar Gülər V “ADEX-2024” sərgisi ilə tanış olub

Türkiyə milli müdafiə naziri Yaşar Gülər sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbi rəhbərliyi sərgidə təqdim olunan texnikalara baxıblar.

Xatırladaq ki, Türkiyə nümayəndə heyəti V “ADEX-2024” sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdədir.




Bölməyə aid digər xəbərlər