Ərdoğan Zelenskiyə Ukraynada atəşkəs vəd edib - Foto
Tarix: 25-09-2024 07:33 | Bölmə: Siyasət
Ərdoğan Zelenskiyə Ukraynada atəşkəs vəd edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüş zamanı Ərdoğan Zelenskiyə deyib ki, Ankara Ukraynada taxıl sazişinin bərpası və atəşkəs üçün səy göstərəcək.

Reyting.az
xəbər verir ki, Ərdoğan Zelenskini BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün gəldiyi Nyu- Yorkdakı Türk Evində qəbul edib.

Türkiyə liderinin ofisindən bildiriblər ki, görüş zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, müharibə və sülh səylərinin gedişi, regional və qlobal məsələlər müzakirə edilib. Görüşdə prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla başa çata biləcəyinə həmişə inanıb və Türkiyə bu məqsədə çatmaq üçün səylərini davam etdirir.

Prezident Ərdoğan deyib ki, Türkiyə ədalətli və davamlı sülhə nail olmaq üçün vasitəçilik də daxil olmaqla bütün mümkün addımları atmağa hazırdır və Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq və Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq üçün səylər davam edəcək.



ELÇİN




Bölməyə aid digər xəbərlər