Tramp: “...onlar Napoleonu məğlub edib, Hitlerə qalib gəliblər”
Tarix: 25-09-2024 10:37 | Bölmə: Siyasət
Tramp: “...onlar Napoleonu məğlub edib, Hitlerə qalib gəliblər”

ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident Co Bayden və vitse-prezident Kamala Harrisi ABŞ-ı Ukrayna müharibəsinə sürükləməkdə ittiham edib.

Reyting.az
xəbər verir ki, Tramp Bayden administrasiyasının siyasətinin ölkə üçün lazımsız olduğunu deyib.

“Bizi bu müharibədən çıxara bilmirlər. Mən onu izləyirəm. “Biz qalib gələcəyik”, - deyir və artıq üç ildir ki, bunu təkrarlayır”,- CNN Trampdan sitat gətirib.

Donald Tramp yenidən Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-a hər səfərində Ukrayna üçün yardım alan “Yer üzünün ən yaxşı satıcısı” adlandırıb.

Siyasətçi, ABŞ və Avropa ölkələrinin Ukraynaya göstərdiyi yardımın həcmini də müqayisə edib: “Biz bu müharibədə ilişib qalmışıq. Mən prezident olsam, danışıqlar aparacağam, bu müharibədən çıxacağam. Çıxmalıyıq.

Bayden deyir ki, biz qalib gəlməsək müharibədən çıxmayacağıq. Onlar qalib gəlsələr, nə baş verər? Onlar (Rusiya) bunu edirlər, müharibə aparırlar.

Keçən gün kimsə mənə dedi ki, onlar Napoleonu məğlub edib, Hitlerə qalib gəliblər. Döyüşürlər və bu, xoşagəlməz haldır”.

Xatırladaq ki, Tramp hələ prezident kürsüsünə gəlməzdən əvvəl də daim Ukraynada müharibəni dayandıracağına söz verir. O, “planının” təfərrüatlarını açıqlamasa da, V. Zelenski və Putini danışıqlar masasına oturtmağa qadir olduğunu deyir.

Qeyd edək ki, Tramp son iki gündə anti-Ukrayna bəyanatları ilə diqqət çəkir. Ehtimal olunur ki, onun Ukrayna mövzusunda daha açıq danışmasına səbəb ABŞ-da səfərdə olan prezident V. Zelenski ilə onun görüşünün baş tutmamasıdır. Bundan əvvəl Tramp qeyd etmişdi ki, ABŞ-a gələn Zelenski ilə görüşəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər