Mirzoyan: “Sülh müqaviləsinin bağlanması üçün real imkan var”
Tarix: 25-09-2024 14:14 | Bölmə: Siyasət
Mirzoyan: “Sülh müqaviləsinin bağlanması üçün real imkan var”

Sentyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, ikitərəfli gündəliyi, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsini və regional mövzuları müzakirə ediblər.

Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə dair fikir mübadiləsi də aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, onun həyata keçirilməsi güclü siyasi iradə tələb edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər