BMT Baş katibi: Livanda cəhənnəmin qapıları açılır
Tarix: 26-09-2024 08:44 | Bölmə: Siyasət
BMT Baş katibi: Livanda cəhənnəmin qapıları açılır

BMT Baş katibi Antonio Quteereş İsrailin Livana hücumlarından sonra BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdəki vəziyyət” adlı iclasında daha əvvəl heç bir ölkə üçün istifadə etmədiyi “Cəhənnəm” ifadəsini işlədib.

Reyting.az
xəbər verir ki, Baş katib İsrail və “Hizbullah” arasındakı münasibətlərə “Cəhənnəm” kimi baxaraq, münaqişənin Livanı cəhənnəmə çevirə biləcəyi xəbərdarlığını edib.

“Livanda cəhənnəmin qapıları açılır. Dünən Baş Assambleyada dediyim kimi, hamımız bundan narahat olmalıyıq. Livan uçurumun kənarındadır”, - o bildirib.

Livanın suverenliyinə hörmət edilməsinin zəruriliyinə toxunan Quterreş deyib ki, Livan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün bütün səyləri dəstəkləyirlər.

A. Quterreş oktyabr ayından bəri Livanda təxminən 200 min, İsrailin şimalında isə 60 mindən çox insanın İsraillə “Hizbullah” arasındakı qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

“Bazar ertəsi Livanda bir nəsildə ən qanlı gün idi”,- deyə Quteereş Livan Xalq Sağlamlığı Nazirliyinə istinadla İsrailin bazar ertəsi və çərşənbə axşamı günü təşkil etdiyi hücumlar nəticəsində 50-si uşaq və 94-ü qadın olmaqla 569 nəfərin öldüyünü, 1800-dən çox insanın isə yaralandığını xatırladıb.

BMT Baş katibi tərəfləri dərhal hərbi əməliyyatlara son qoymağa çağırıb: “Livan xalqı, İsrail xalqı və dünya xalqı Livanın başqa bir Qəzzaya çevrilməsinə imkan verə bilməz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər