Ermənistan XİN: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük"
Tarix: 02-10-2024 14:58 | Bölmə: Siyasət
Ermənistan XİN: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük"

"İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir".

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır”, - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: “Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”./Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}