MSK 4 DSK-nın tərkibində dəyişiklik edib
Tarix: 03-10-2024 16:40 | Bölmə: Siyasət
MSK 4 DSK-nın tərkibində dəyişiklik edib

MSK bir neçə Dairə Seçki Komissiyalarının (DSK) tərkibini dəyişib.

Reyting.az 
xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.

MSK-nın sədr müavini Rövzət Qasımovun təqdimatına əsasən, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 82 saylı İmişli-Saatlı Seçki Dairələrinin həlledici səs hüquqlu bəzi üzvləri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub.

MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 83 saylı Beyləqan Seçki Dairəsinin tərkibində dəyişiklik edilib.

Qeyd olunan qərarlar səsə qoyularaq, qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}