Kostanyan: Sülh müqaviləsində azərbaycanlıların geri qayıtması ilə bağlı bənd yoxdur
Tarix: 03-10-2024 16:49 | Bölmə: Siyasət
Kostanyan: Sülh müqaviləsində azərbaycanlıların geri qayıtması ilə bağlı bənd yoxdur

“Ermənistan hökuməti qonşuları ilə münasibətlərin normallaşmasını istəyir. Təəssüf ki, bu, təkcə Ermənistandan asılı deyil”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Ancaq bu o demək deyil ki, biz danışıqları istənilən nöqtədə dayandırmalıyıq. Biz prosesdə müsbət iştirakımızı davam etdiririk”, - deyə nazir müavini bildirib.

V. Kostanyan əlavə edib ki, sülh sazişində Qərbi azərbaycanlıların geri qaytarılması ilə bağlı səslənənlər danışıqlara daxil edilməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}