Narışkin: "Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir"
Tarix: 03-10-2024 18:53 | Bölmə: Siyasət
Narışkin: "Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir"

"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almasını, ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir".

Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Bakıda deyib.

“Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almasını və ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir. Bu təşkilatlar artıq dünyada nüfuzlu və hörmətlidir. Fikrimcə, beynəlxalq təşkilatlarla daha sıx qarşılıqlı əlaqə, təbii ki, Azərbaycanın özünə də fayda verəcək, o cümlədən iqtisadi və siyasi dividendlər gətirəcək. Ölkələrimizin, Rusiya və Azərbaycanın çoxtərəfli formatda qarşılıqlı fəaliyyət üçün əlavə platforması yaranır və təbii ki, biz yuxarıda qeyd olunan təşkilatların ümumi nizamnamə məqsədlərini həyata keçirəcəyik”, - Narışkin bildirib.

Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Azərbaycanın BRICS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

2024-cü ilin iyulunda isə Azərbaycan ŞƏT-də statusunun dəyişdirilməsi - dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə çevrilməsi üçün müraciət edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər