Moskvada MDB XİN rəhbərlərinin iclası başlayıb
Tarix: 07-10-2024 13:14 | Bölmə: Siyasət
Moskvada MDB XİN rəhbərlərinin iclası başlayıb

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

Reyting.az
-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir.

Qeyd edək ki, iclas çərçivəsində nazir C. Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

Bakı vaxtı ilə saat 14-də Xarici İşlər Nazirləri Şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı keçiriləcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}