Polad Bülbüloğluna parlamentdə yeni vəzifə veriləcək
Tarix: 08-10-2024 10:39 | Bölmə: Siyasət
Polad Bülbüloğluna parlamentdə yeni vəzifə veriləcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir.

Məlumata görə, o, Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Polad Bülbüloğlunun namizədliyi parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək(Modern.az).

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.

Ötən çağırışda bu vəzifəni Nizami Səfərov tutub. O isə Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}