Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır
Tarix: 08-10-2024 13:40 | Bölmə: Siyasət
Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Lakin belə bir fikir var idi”, – o, jurnalistlərə bildirib.

Y. Uşakovun sözlərinə görə, Rusiya bu cür formata etiraz etməyib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}