“ABŞ İranla müharibəyə sürüklənsə, Çin və Rusiya...” - Professor
Tarix: 09-10-2024 13:34 | Bölmə: Siyasət
“ABŞ İranla müharibəyə sürüklənsə, Çin və Rusiya...”

Türkiyənin iştirakı olmadan bölgədə yeni nizam və güc balansı yaratmaq mümkün deyil.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Akademiyasının rektoru, professor Talha Köşə ötən ilin oktyabr ayının 7-də alovlanan İsrail-Fələstin münaqişəsi ilə bağlı “7 oktyabr hadisələrindən sonra regionda son vəziyyət və imkanlar” adlı paneldə çıxış edərkən deyib.

Professor qeyd edib ki, İrana qarşı daha əhatəli hərbi müdaxilə olarsa, ABŞ-nın İsrail tərəfindən bu müharibəyə sürüklənmə ehtimalı var. Onun fikrincə, ABŞ-nın sürükləndiyi bir mühitdə Rusiya və Çin belə gərginlikdə neytral qala bilməzlər. T. Köşə hesab edir ki, belə bir vəziyyət yeni qlobal münaqişənin dönüş nöqtəsi olar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər