“EekadFacts”də ölkəmiz barədə saxta məlumat yayılıb
Tarix: 09-10-2024 23:53 | Bölmə: Siyasət
“EekadFacts”də ölkəmiz barədə saxta məlumat yayılıb

"“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır".

Reyting.az
xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Bildirilib ki, qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdidir: "Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}