HƏMAS-a rəhbərlik Xalid Meşala tapşırılıb
Tarix: 18-10-2024 10:48 | Bölmə: Siyasət
HƏMAS-a rəhbərlik Xalid Meşala tapşırılıb

İsrail ordusu HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürdükdən sonra hərəkata rəhbərlik onun xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşala həvalə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Livanın LBCI xəbər portalı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr təsdiqləyiblər ki, Xalid Meşal hərəkatın rəhbəri vəzifəsini icra edir və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.

Bildirilir ki, HƏMAS rəhbərliyi Tel əl-Sultan əməliyyatı nəticəsində Sinvarın həlak olması ilə bağlı Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb. Sinvarın ölümündən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqların davam etdiriləcəyi vurğulansa da, bunun çətinləşdiyi qeyd olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}