13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Çin və Hindistan liderləri Rusiyaya səfərə hazırlaşırlar
Tarix: 18-10-2024 14:11 | Bölmə: Siyasət
Çin və Hindistan liderləri Rusiyaya səfərə hazırlaşırlar

Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modi oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəklər. Bu barədə Hindistan və Çin Xarici İşlər nazirliklərinin rəsmi bəyanatlarında deyilir.

Reyting.az
-ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Si Cinpin Kazan şəhərinə səfər edəcək.

Öz növbəsində Hindistan tərəfi Modinin Rusiyaya səfərinin oktyabrın 22-23-də baş tutacağını açıqlayıb. "Sammit BRİKS tərəfindən irəli sürülən təşəbbüslərin gedişatını qiymətləndirmək və gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyən etməyə dəyərli imkan verəcək", - deyə Hindistan diplomatik xidməti qeyd edib.

Bundan əvvəl məlum olmuşdu ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan da BRİKS sammitində iştirak edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}