13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Sergey Lavrov İstanbulda Hakan Fidanla görüşüb
Tarix: 18-10-2024 14:58 | Bölmə: Siyasət
Sergey Lavrov İstanbulda Hakan Fidanla görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Reyting.az
xəbər verir ki, Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu “3+3” formatında keçiriləcək görüşdə iştirak etmək üçün bir gün əvvəl İstanbula gəlib.

Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri arasındakı görüşün təfərrüatları hələlik verilməyib.

Daha əvvəl Fidan xəbər vermişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü “3+3” regional platformasının iclasına gələn Türkiyə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərini qəbul etməyi planlaşdırır.

Xatırladaq ki, Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) məsləhətləşmələr formatının başlanması 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif edilib. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunsa da, hələ də onun işinə qoşulmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}