Türkiyə altı ölkə ilə hərbi əməkdaşlıq sazişi imzalayacaq
Tarix: 23-10-2024 11:05 | Bölmə: Siyasət
Türkiyə altı ölkə ilə hərbi əməkdaşlıq sazişi imzalayacaq

“Müxtəlif sahələrdə altı ölkə ilə hərbi əməkdaşlıq və çərçicə sazişləri imzalayacağıq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər SAHA EXPO Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisinin açılış mərasimində deyib.

General qeyd edib ki, ən təsirli müdafiə və təhlükəsizlik ölkələr arasında güclü əməkdaşlıq və dialoqla mümkündür:



“İndi bəşəriyyətin bu əməkdaşlığa və dialoqa daha çox ehtiyacı var. SAHA EXPO kimi beynəlxalq təşkilatlar da bu əməkdaşlığın təmin edilməsində əsas rol oynayır. Müvafiq qurumlar arasında körpü olan bu cür tədbirlər sayəsində biz dostlarımızla görüşmək imkanı əldə edirik. Müttəfiq həmkarlarımızla və strateji hədəflərimizi nəzərdən keçirmək fürsətimiz var. Biz yeni qaydalara ehtiyac olub-olmadığını yaxından izləyirik. Bu kontekstdə Milli Müdafiə Nazirliyimiz bu və buna bənzər platformaları çox dəyərli bir fürsət hesab edir. Əslində, qardaş, dost və müttəfiq ölkələrdən olan həmkarlarımızla da görüşmək imkanımız olacaq. Biz, həmçinin altı dost və müttəfiq ölkə ilə müxtəlif sahələrdə “hərbi əməkdaşlıq və çərçivə sazişləri” imzalayacağıq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}