Türkiyə və Ermənistan nümayəndələrinin görüşü gözlənilir
Tarix: 25-10-2024 11:09 | Bölmə: Siyasət
Türkiyə və Ermənistan nümayəndələrinin görüşü gözlənilir

Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun fəaliyyətinin bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan deyib.

O, görüş gününün hələ təyin olunmadığını bildirib.

R. Rubinyan qeyd edib ki, müzakirələr tərəflərə bir-birinin mövqelərini daha yaxşı anlamağa kömək edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər