Netanyahu Sisinin təklifini rədd edib
Tarix: 28-10-2024 09:07 | Bölmə: Siyasət
Netanyahu Sisinin təklifini rədd edib

Hökumətdəki əksər nazirlərin dəstəyinə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Misir prezidenti Əbdülfəttah əs-Sisinin Qəzzada təklif etdiyi qısamüddətli atəşkəs təklifini rədd edib.

Reyting.az
-ın məlumatına görə, İsrailin dövlət televiziyası KAN və “Kanal 12”-nin xəbərlərində bildirilir ki, Təl-Əviv Misirin təklifini qəbul etməyib.

“Kanal 12”-nin internet saytındakı xəbərdə qeyd olunur ki, İsrail hökumətindəki əksər nazirlər Misirin təklifini dəstəkləsə də, Netanyahu buna qarşı çıxıb.

Netanyahunun “məhbus mübadiləsi danışıqlarının yalnız Qəzzaya hücumlar davam etdiyi müddətdə olacağını” dediyi, Misirin təklifinin rədd edildiyi bildirilir. Netanyahu ilə müqayisədə İsrail təhlükəsizlik qüvvələrinin də Misirin təklifini dəstəklədiyi diqqət çəkib.

Qeyd edək ki, Misir prezidenti Sisi, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 israilli məhbus və bəzi fələstinlilərin mübadiləsi üçün iki günlük atəşkəs təşəbbüsü ilə çıxış edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər