Məsud Pezeşkian: “İsrailə hücum edəcəyik”
Tarix: 28-10-2024 09:40 | Bölmə: Siyasət
Məsud Pezeşkian: “İsrailə hücum edəcəyik”

“Biz müharibə axtarmırıq, ancaq ölkəmizi və millətimizi müdafiə məqsədilə İsrailin hücumuna cavab verəcəyik”.

Reyting.az
xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

M. Pezeşkian Nazirlər Şurasının iclasında İsrailə hücuma keçəcəklərini bildirib.

İsrailin ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən dəstəkləndiyini vurğulayan Pezeşkian əlavə edib ki, İsrailin Qəzza və Livanda hücumlarını davam etdirməsi gərginliyi bölgəyə sıçradacaq.

“ABŞ-nın İsraili bu böyük fəlakətə təhrik etdiyini bilirik. Bizim sakitliyimiz müqabilində müharibəni bitirəcəklərinə söz verdilər, lakin vədlərinə əməl etmədilər”, - prezident qeyd edib.

Pezeşkian deyib ki, dünya İsrailin on minlərlə qadın və uşağı qətlə yetirməsinə səssiz qalır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər