Gürcüstandakı seçkilər Avropadakı nazirləri narahat edib
Tarix: 29-10-2024 10:04 | Bölmə: Siyasət
Gürcüstandakı seçkilər Avropadakı nazirləri narahat edib

Avropa İttifaqı (Aİ) nazirləri Gürcüstandakı mövcud vəziyyətdən narahatdırlar.

Reyting.az
-ın məlumatına görə, bu barədə oktyabrın 28-də Avropa İttifaqı (Aİ) nazirlərinin Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı birgə bəyanatında qeyd olunub.

Avropalı nazirlər Gürcüstanda keçirilmiş parlament seçkilərində qanun pozuntuları ilə bağlı şikayətlərin qərəzsiz araşdırılmasını da tələb edirlər.

Beynəlxalq müşahidəçilərin seçki kampaniyası zamanı, eləcə də seçki günü pozuntular barədə məlumat verdiyini qeyd edən nazirlər bildiriblər ki, “azad və ədalətli seçkilər üçün beynəlxalq normaların bütün pozuntularını pisləyirlər”.

Nazirlər vurğulayırlar ki, qanunun aliliyinin, azad və ədalətli seçkilərin qorunması Gürcüstanın Aİ yolunda irəliləyişinin tərkib hissəsidir.

Bəyanatı Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Niderland, Lüksemburq, Polşa, Portuqaliya, və İsveçdən olan nazirlər imzalayıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər