Orban: “Gürcüstanın ikinci Ukraynaya çevrilməsinə icazə verilmədi”
Tarix: 29-10-2024 14:54 | Bölmə: Siyasət
Orban: “Gürcüstanın ikinci Ukraynaya çevrilməsinə icazə verilmədi”

Macarıstanın baş naziri Viktor Orban Gürcüstanın ikinci Ukraynaya çevrilməsinə imkan vermədiyi üçün “Gürcü arzusu” partiyasına təşəkkürünü bildirib.

Reyting.az
xəbər verir ki, baş nazir müraciətində Gürcüstanın hakim partiyasını parlament seçkilərində qələbəsinə görə təbrik edib.

Orban Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, gürcü xalqı “Gürcü arzusu” partiyasının qələbəsinə səs verməklə düzgün yol seçib. O qeyd edib ki, Gürcüstan hökuməti ölkəni Ukraynada gedən “mənasız müharibəyə” sürükləmək istəmir.

“Sizi təbrik etmək istərdim ki, Avropaya inteqrasiya istəyi kontekstində ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiniz. Mən əminəm ki, onilliyin sonuna qədər Gürcüstan ən yaxşı formada Avropa İttifaqına üzvlüyə hazır olacaq”, - deyə baş nazir əlavə edib.

Orbanın sözlərinə görə, Macarıstan həm müharibənin, həm də sülhün nə olduğunu bilir və ölkəsi Gürcüstanın sülhə nail olmaq cəhdlərini müsbət qiymətləndirir: “Biz gürcü xalqının sülhün lehinə seçimini başa düşürük”.

ELÇİN




Bölməyə aid digər xəbərlər