Milli Məclisdə gərginlik: "Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”
Tarix: 01-11-2024 12:31 | Bölmə: Siyasət
Milli Məclisdə gərginlik: "Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

“Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

Reyting.az
xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər”.

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: “Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.

Qeyd edək ki, deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər