Mustafa Hacıbəyli məhkəmədə ifadə verməkdən imtina etdi
Tarix: 22-01-2019 13:23 | Bölmə: Siyasət
Mustafa Hacıbəyli məhkəmədə ifadə verməkdən imtina etdi

Yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reyting.az report-a istinadən xəbər verir ki, Mustafa Hacıbəyli prosesdə dövlət ittihamçısının elan etdiyi ittiham üzrə özünü təqsirli bilməyib.

Prosesdə şahid qismində "Bastainfo.com" saytının əməkdaşları - Heybət Əmrah, Könül Alıyeva və Rüfət Baxışov ifadə veriblər.

Onlar deyiblər ki, sayta ictimai əsaslarla yazılar yazıblar.

Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib.

Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

"Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər