Səməd Seyidov: “Bizi məhv etməyə çalışırlar”
Tarix: 24-01-2019 19:54 | Bölmə: Siyasət
Səməd Seyidov: “Bizi məhv etməyə çalışırlar”

“Bu gün terrorizmə, terrorçu təşkilatlara qarşı mübarizə sayəsində dünyada nisbətən stabillik hökm sürür. Bu işdə Türkiyənin rolu əvəzedilməzdir“.

Bu fikirləri Azərbaycanın Avropa Şurasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA-nın qış sessiyasında Türkiyə ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə özünün milyonlarını müharibə qurbanlarına xərcləməklə, Suriyadan, İraqdan qaçqınları qəbul etməklə və yerləşdirməklə yanaşı, terrorizmlə mübarizədə öz övladlarını qurban verməli olub: "Bəzi siyasətçilər, əlbəttə, əgər onlara siyasətçi demək olarsa, Türkiyəyə öz təşəkkürlərini bildirmək əvəzinə, onu məhv etməyə çalışırlar. Ən təhlükəlisi isə bizi “Kalaşnikov” avtomatı ilə məhv etməyə çalışanlardır, ya da bizi məhv etməyə çalışanlara dəstək olanlardır. Bu gün burada müzakirə olunan qətnamə layihəsindən görünür ki, imtiyazlara, səlahiyyətlərə malik bir qrup özünü siyasətçi kimi təqdim etməyə çalışır. Lakin hamı qanun qarşısında bərabər hüquqlara malik olmalıdır. Əgər kimsə terrorun tərəfdarıdırsa, kimlərsə açıqcasına zorakılığa çağırışlar edirlərsə, onlar əsl siyasətçilər deyillər. Çünki əsl siyasətçi öz dövlətinin maraqlarını təmsil etməlidir. Dövlət isə sülh yaratmaqda maraqlıdır. Lakin bu cür insanlar başqa maraqlara sahibdirlər. Biz bu suala cavab verməliyik: kimin tərəfindəyik?! O insanların ki, dünyanı dəyişməyə cəhd edirlər. Yoxsa demokratiya, stabillik və Türkiyənin tərəfdarı olanların?! Əgər biz Türkiyəni dəstəkləyə bilmiriksə, heç olmasa, Avropa dəyərlərinə səs verək. Çünki bu gün özünü siyasətçi adlandıran həmin şəxslər sizin Parlamentə gəlirlər. O insanlar Avropa Parlamentində özlərinə yer eləməyə çalışırlar. O şəxslər Avropada bu gün olduğundan artıq başağrısı yaradacaqlar".(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər