20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
Tarix: 21-11-2024 20:55 | Bölmə: Siyasət
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb

Xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Reyting.az
Xarici İşlər Nazirliyinə istinadla bildirir, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər