Pekin Avropa İttifaqına etiraz edir
Tarix: 19-12-2024 09:24 | Bölmə: Siyasət
Pekin Avropa İttifaqına etiraz edir

Çinin bəzi şirkətləri və fiziki şəxsləri anti-Rusiya sanksiyalar paketinə daxil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə Çin şirkətlərinin daxil edilməsi Çin və Avropa arasında iqtisadi münasibətlərə mənfi təsir göstərəcək.

Qeyd edək ki, Çinin çoxsaylı bəyanatlarına və etirazlarına məhəl qoymayan Aİ Çinin bir sıra şirkətlərini və fiziki şəxsləri anti-Rusiya sanksiyalar paketinə daxil edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər