Beş ölkə bir müxalif liderə 18 milyon dollar ayırdı
Tarix: 20-02-2019 09:26 | Bölmə: Siyasət
Beş ölkə bir müxalif liderə 18 milyon dollar  ayırdı

Avropanın beş ölkəsi venesuelalı müxalifətçi Xuan Quaydoya humanitar yardım alması üçün 18 milyon dollardan çox vəsait ayırıb.

Bu barədə siyasətçi özünün Tvitter hesabında məlumat verib və həmin ölkələrin adlarını açıqlayıb.

X. Quaydo öz növbəsində yüz minlərlə venesuelalının həyatı üçün apardığı mübarizədə ona dəstək olduqları üçün İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya və Fransaya təşəkkürünü bildirib.

“Qafqazinfo” xatırladır ki, özünü ölkənin müvəqqəti prezidenti elan edən Quaydo daha əvvəl Venesuelanın 23 fevraldan humanitar yardım alacağını bildirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər