BŞİH müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb
Tarix: 20-02-2019 17:56 | Bölmə: Siyasət
BŞİH müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.

BŞİH-nin imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub.

Məlumata görə, mitinqə "yox” cavabının verilməsi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra asayişin pozulması, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi ilə əlaqələndirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər