Deputat: “Prezidentdən xahiş edək ki, onları əfv etsin”
Tarix: 21-02-2019 13:18 | Bölmə: Siyasət
Deputat: “Prezidentdən xahiş edək ki, onları əfv etsin”

Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə nazirə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə bağlı siyahı təqdim edilib.

Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin (MM) plenar iclasında çıxışı zamanı deyib.

“Mən də bu müraciəti dəstəkləyirəm”, - deyən millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib.
“Hüquq müdafiəçiləri və bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”, - deyə o əlavə edib.(Oxu.Az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər