Britaniyanın Ukraynaya qoşun göndərmək məsələsi müzakirəyə çıxarılıb
Tarix: 18-02-2025 09:58 | Bölmə: Siyasət
Britaniyanın Ukraynaya qoşun göndərmək məsələsi müzakirəyə çıxarılıb

Böyük Britaniyanın baş naziri Keir Starmerin Ukraynaya qoşun göndərməyə hazır olması Londonda müzakirələrə səbəb olub, bəzi qanunvericilər bunun üçün parlamentdə səsverməyə çağırıb, bəziləri isə baş nazirin əl-qolunun bağlanmamasını tələb ediblər.

Reyting.az
-ın “Politico” nəşrinə istinadla verdiyi məlumata görə, əsas partiyalardan olan deputatlar hesab edirlər ki, bu məsələ ilə bağlı istənilən qərarda parlament iştirak etməlidir.

Leyboristlər Partiyasından olan deputat Qrem Strinqer Britaniyanın İraq və Əfqanıstana müdaxilələrini xatırladaraq, indi inandırıcı arqumentlər eşitmək istədiyini deyib.

Sol Leyboristlər Partiyasından olan deputat Diane Abbott bildirib ki, qoşun göndəriləcəksə, əvvəlcə parlament səs verməlidir.

Millət vəkili Klive Levis isə hesab edir ki, parlament müzakirələri məsələyə ictimai dəstəyin təmin olunmasına kömək edəcək.

Müxalifətçi deputatlar da səsvermə tələb edirlər. Mərkəzçi müxalif Liberal Demokratların müdafiə sözçüsü Helen Maguire deyib ki, Starmerin Ukrayna ilə bağlı təkliflərini dəstəkləyirlər, lakin ordunun yerləşdirilməsində parlament söz sahibi olmalıdır.

Mühafizəkarların sözçüsü Mark Qarnier də baş nazirlərin parlamentin icazəsi olmadan qoşun yeridə bilməsinə baxmayaraq, səsverməyə çağırıb.

Baş nazir Starmerin sözçüsü jurnalistlərə verdiyi şərhdə parlamentdə səsvermənin keçiriləcəyini istisna etməyib, lakin prosesləri qabaqlamamağa çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər