İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasında çalışacaq - Təyinat
Tarix: 22-02-2019 09:35 | Bölmə: Siyasət
İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasında çalışacaq

Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədov yeni vəzifəyə təyin edilib.

Reyting.az
xəbər verir ki, Razim Məmmədov bundan sonra Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışacaq.

Təyinatın dünən olduğu deyilir.

Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.(Mənbə: Demokrat.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər