Ermənilər azərbaycanlı jurnalisti öldürmək istəyir - Müraciət
Tarix: 22-02-2019 20:49 | Bölmə: Siyasət
Ermənilər azərbaycanlı jurnalisti öldürmək istəyir

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov Youtube-dan izləyicilərinə müraciət edib.

Reyting.az
xəbər verir ki, jurnalist onunla bağlı ermənilərin hərəkətə keçdiyini və ona qarşı kampaniya aparıldığını bildirib.

Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan jurnalist, onun hər an öldürülə biləcəyini açıqlayıb.

F. Abbasov bildirib ki, ermənilər onunla bağlı imza kampaniyası da aparır və həbs olunmaq ehtimalı da istisna deyil.

Ermənilər azərbaycanlı jurnalisti öldürmək istəyir

Qeyd edək ki, F. Abbasovun bu müraciətinə artıq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dəstək verməyə başlayıblar. Dəstək kampaniyasına ilk qoşulanlardan biri İtaliyada yaşayan iş adamı, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovdur. F. Məmmədov artıq bununla bağlı soydaşlarımıza müraciət də ünvanlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər